• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Hərbi hissələri tərk edən əsgərlər saxlanıldı

DÜNYA

03 Iyul 2024 | 16:12

Hərbi hissələri tərk edən əsgərlər saxlanıldı

Yakutiyada hərbi hissələri tərk edən əsgərlər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yabloko” partiyasının Yakut bölməsinin rəhbəri Anatoli Noqovitsın Yakut qarnizonunun hərbi prokurorluğundan alınan cavaba istinadən məlumat verib.

Məlumata görə, Yakutiyada hərbi hissələrini icazəsiz tərk etmiş 26 hərbçi toplaşma məntəqəsinin ərazisində saxlanılıb.

Prokurorluğun məlumatına görə, onlar spirtli içki qəbul edərək toplaşma məntəqəsinin ərazisini tərk etmək istəyiblər.

İdarə aydınlaşdırır ki, əsgərlərdən bəziləri kiçik qanun pozuntularına yol verib.

Eyni zamanda saxlanılanlardan hər hansı birinə qarşı “Fərarilik” maddəsi ilə cinayət işinin açılıb-açılmaması barədə məlumat yoxdur.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026