• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

ŞƏT sammiti: Çoxlu sayda əməkdaş, bir o qədər əlaqə imkanları deməkdir

SİYASƏT

03 Iyul 2024 | 17:33

ŞƏT sammiti: Çoxlu sayda əməkdaş, bir o qədər əlaqə imkanları deməkdir

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.

Səfərin əhəmiyyətini yüksək dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı Bakıvaxtı.az-a qeyd edib ki, Azərbaycanın siyasi kursu tərəfsizlikdir. Onun sözlərinə görə, hərbi-siyasi qarşıdurma kimi məsələlərdə tərəfsiz olan, bütün tərəflərlə dinc əlaqələrə üstünlük verən Azərbaycan iqtisadi əlaqələrində çoxtərəfliliyi əsas götürür:

“Yəni bütün tərəflərlə işləmək, dünyadakı tərəfdaşların sayını artırmaq Azərbaycanın iqtisadi modelinin bir hissəsidir. Ona görə də, Prezidentin ŞƏT sammitində iştirak etmək üçün Qazaxıstana səfərini bu aspektdən dəyərləndirmək lazımdır. Necə ki, Avropa İttifaqı və ayrılıqda bu ittifaqa üzv dövlətlərlə iqtisadi əlaqələr qururuq, eynisini Şanxay Əməkdaşlıq Təşkilatı ilə də etmək yaxşı haldır”.

Həşim Səhrablı, hərbi-siyasi ekspert

Müsahibimiz qeyd edib ki, çoxlu sayda əməkdaş, bir o qədər əlaqə və resurs imkanları deməkdir:

“Üstəgəl, Azərbaycan Prezidenti səfərə Qazaxıstan Prezidentinin dəvəti ilə gedib. Bu isə ŞƏT-dən kənar daha vacib məsələdir. Çünki bu dəvət eyni zamanda Azərbaycan-Qazaxıstan əlaqələrinin hazırkı səviyyəsindən xəbər verməklə yanaşı, gələcək inkişaf məsələlərinin də xəbərçisidir”.

“Qısası, Prezident İlham Əliyevin Qazaxıstan səfəri və ŞƏT sammitində iştirakı Azərbaycanın dünya siyasətində təmsili və təsirinin artması baxımından müsbət addımdır”, - deyə Həşim Səhrablı qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Iyul 2024