• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ermənistanı Rusiyadan döndərmək istəyirlər – Rusiya XİN

DÜNYA

03 Iyul 2024 | 17:03

Ermənistanı Rusiyadan döndərmək istəyirlər – Rusiya XİN

Üç Baltikyanı ölkə Cənubi Qafqazda son dərəcə dağıdıcı siyasət yürüdür, Ermənistanın Rusiyadan uzaqlaşması üçün əlindən gələni edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Andrey Nastasyin bildirib.

O qeyd edib ki, Tallinn, Riqa və Vilnüs Cənubi Qafqazda çox dağıdıcı siyasət aparır:

“Onlar Avro-Atlantik perspektivlərdən yem kimi istifadə edərək Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və onu bizim ümumi inteqrasiya mexanizmlərimizdən, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər”, - Nastasyin əlavə edib.

Rusiyalı diplomat qeyd edib ki, Baltikyanı ölkələrin rəsmiləri Avropaya inteqrasiya yolunda xarici siyasət məqsədlərini şaxələndirməkdən söhbət gedəndə öz “təcrübələrini” İrəvana aktiv şəkildə tətbiq etməyə çalışırlar:

“Bu cür yanaşmalar Vaşinqtonun göstərişlərini layiqincə yerinə yetirən Vilnüs, Riqa və Tallinin digər keçmiş Sovet ölkələrini aktiv şəkildə Rusiyaya qarşı yönəltmək istəyini ifşa edir”, - Nastasyin qeyd edib.

Diplomat daha sonra bildirib ki, erməni xalqı çətin ki, Baltikyanı ölkələrin üzləşməli olduğu sosial və iqtisadi çətinliklərin nəticələrini yaşamağa razı olsun, çünki onlar çoxdan bütün müstəqilliklərini itiriblər:

“Onlar Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü kimi əldə etdiyi rekord artımla öyünə bilməz”, - o vurğulayıb.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024