• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Köhnələrdən kimlər yenə deputat olmaq istəyir? - SORĞU

SİYASƏT

01 Iyul 2024 | 10:39

Köhnələrdən kimlər yenə deputat olmaq istəyir? - SORĞU

Məlum olduğu kimi, iyunun 28-də VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına əsasən sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

Hazırkı deputatlardan kimlər yenidən Milli Məclisdə təmsil olunmaq fikrindədir? Bakıvaxtı.az olaraq maraq dairəsində olan bu suala bəzi deputatlardan cavab almağa çalışdıq.

Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-ınsorğusuna cavab olaraq bildirib ki, növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən etimad göstərilib yenidən namizədliyi irəli sürülərsə seçkilərdəaktiv iştirak edəcək:

“Qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Pariyasının bütün namizədllərinə uğurlar arzu edirəm. İnanıram ki, xalqımız yenə də doğru seçim edəcək və Yeni Azərbaycan Partiyası qalib olacaq”.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, namizədliyini irəli sürməsi partiyanın qərarından asılıdır.

Deputat Elman Nəsirov əməkdaşımıza bildirib ki, Yeni Azərbaycan Partiyası məsləhət bildiyi deputatların namizədliyini yenidən irəli sürəcək.

Deputat Vahid Əhmədovun Bakıvaxtı.az-a dediyinə görə, parlament seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı yaxın günlərdə qərar verəcək.

Deputat Tahir Kərimli əməkdaşımız deyib ki, bu həftə ərzində Vəhdət Partiyasının Baş Məclisi keçiriləcək və namizədliklə bağlı yekun qərar orada təsdiqlənəcək.

Deputat Musa Qasımlı Bakıvaxtı.az-a vurğulayıb ki, növbəti seçkilərdə namizədliyini irəli sürmək fikrindədir.

Günel Abbas


SON XƏBƏRLƏR

02 Iyul 2024