• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Damlanın Ərdəbildə konsert verdiyi salon MÖHÜRLƏNDİ

MƏDƏNİYYƏT-ŞOU

02 Iyul 2024 | 16:30

Damlanın Ərdəbildə konsert verdiyi salon MÖHÜRLƏNDİ

Azərbaycan Respublikasında tanınan müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon yerli prokurorluq tərəfindən möhürlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “ir.voanews.com” yayıb.

Bildirilib ki, Ərdəbil prokurorluq bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaqla” əlaqələndirib.

Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə hicabsız olub. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Məlumata görə, səfərdən əvvəl İran teleradio şirkətinin Gənc jurnalistlər klubu, bir sıra dövlət KİV-i bu tədbir barədə müsbət rəylər yazmışdı.

Ərdəbil əyalətinin prokuroru, salonun möhürlənməsi və Damlanın konsert proqramının müsadirə edilməsi haqqında əmr verən Cəlal Əfaki bildirib ki, istənilən xarici ölkə vətəndaşı dəyər və qanunlara hörmət etməlidir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşı etibar və etimaddan sui-istifadə edib.

Tehran hakimiyyətinə yarınmaq istəyən bəzi qruplar Damlanın konsertindən hiddətləndiklərini bildirib.


SON XƏBƏRLƏR