• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Myanma liderindən İlham Əliyevə təbrik 

SİYASƏT

01 Iyun 2024 | 12:41

Myanma liderindən İlham Əliyevə təbrik

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    "Zati-aliləri.

    Myanma İttifaqı Respublikası xalqı adından və şəxsən öz adımdan ölkənizin Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Sentyabr 2026