• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

“Türk NATO-su” “Təşkilat”da - VİDEO

SİYASƏT

01 Iyul 2024 | 10:03

“Türk NATO-su” “Təşkilat”da - VİDEO

Son zamanlar Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin NATO və KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılması məsələsi gündəm mövzusudur.

Bakıvaxtı.az xatərladır ki, Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib. O, Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Sabiq səfirin sözlərinə görə, hər bir ölkənin təhlükəsizliyinin bütün regionumuzun təhlükəsizliyinin açarına çevriləcəyi Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır:

"Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi "Türk NATO-su” və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik".

Analitiklər də hərbi əməkdaşlığı elə Türk Dövlətləri Təşkilatı çərçivəsində başlamağın, inkişaf etdirməyin mümkünlüyünü qeyd edirlər.

Məsələnin müzakirəsi getdikcə aktuallaşır. Azərbaycanda da maraqla izlənilən “Təşkilat” serialında da bu məsələyə toxunulub. Serialın sezon finalında - 111-ci bölümündə TDT ölkələrinin artıq haqqında danışılan hərbi birliyinin yaradıldığı elan olunur:

“Buna “Türk NATO-su da deyə bilərsiniz”, - filmdə vurğulanlır.

“Təşkilat” filmindən sözügedən fraqmenti təqdim edirik:

Murad Məmmədli


SON XƏBƏRLƏR

02 Iyul 2024