• Bakı 10° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Əli Əsədov Reza Areflə görüşüb

SİYASƏT

30 Iyul 2024 | 16:52

Əli Əsədov Reza Areflə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.


Əli Əsədov Reza Areflə görüşübƏli Əsədov Reza Areflə görüşübƏli Əsədov Reza Areflə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026