• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Qənirə Paşayevanın yerinə namizəd olan 6 nəfər: kim seçiləcək?

SİYASƏT

29 Avqust 2024 | 15:50

Qənirə Paşayevanın yerinə namizəd olan 6 nəfər: kim seçiləcək?

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçki əvvəlkilərdən tamamilə fərqlənir. Belə ki, budəfəki parlament seçkiləri respublikamızın Qarabağ da daxil olmaqla bütün ərazilərini əhatə edəcək. 

1 sentyabr seçkisində 106 saylı Tovuz seçki dairəsindən kimin deputat seçiləcəyi xüsusi maraq doğurur. Bu da səbəbsiz deyil. Çünki həmin dairəni indiyədək parlamentdə ən aktiv deputatlardan olmuş mərhum Qənirə Paşayeva təmsil edib. Yeni deputat Qənirə Paşayevabı əvəz edə biləcəkmi?..

Qənirə Paşayeva  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı və Mədəniyyət komitəsinin sədri olub.

Sentyabrın 1-də keçiriləcək seçkilərdə 106 saylı Tovuz seçki dairəsindən 6 nəfər namizəd yarışacaq.

Burada hakim Yeni Azərbaycan Partiyasının namizədi VI çağırış Milli Məclisin deputatı Nizami Səfərovdur. 

Digər namizədlər isə aşağıdakılardır:

Soyadı, adı, atasının adıDoğum tarixiƏsas iş və xidmət yeri, vəzifəsi
(bu olmadıqda fəaliyyət növü)
Partiya mənsubiyyətiTərəfindən irəli sürülmə
BABAYEVA BAHAR VAQİF17.03.1990TOVUZ RAYON MƏRKƏZİ XƏSTAXANASI, PUBLİK HÜQUQİ ŞƏXSİN İSX (ASM) ŞÖBƏSİNİN TOVUZ ŞƏHƏR BÖLMƏSİ, BÖLMƏ MÜDİRİBitərəfÖz təşəbbüsü
ÇİNGİZZADƏ ÇİNGİZ NƏSİMİ16.06.1998VHP-NİN TOVUZ RAYON TƏŞKİLATI, SƏDR MÜAVİNİVHPVHP
ƏSKƏROVA TƏRANƏ YUSİF26.12.1967"İDEAL TM" QSC, DİREKTOR MÜAVİNİAğPAğP
HƏSƏNOV KAMRAN CƏMİL15.03.1976QOVLAR ŞƏHƏR ORXAN CABBAROV ADINA İNTEQRASİYA TƏLİMLİ İNTERNAT TİPLİ GİMNAZİYA, MÜƏLLİMBitərəfÖz təşəbbüsü
QASIMOVA GÜNEL TAHİR14.12.1984QAZAX-TOVUZ REGİONAL MƏDƏNİYYƏT İDARƏSİ, TOVUZ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİBitərəfÖz təşəbbüsü
SƏFƏROV NİZAMİ ABDULLA30.11.1960AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ, DEPUTATYAPYAP

 

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib, 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qənirə xanım jurnalist fəaliyyəti ilə də məşğul olub. 

Mərhum deputat bir sıra mükafatlara layiq görülüb.

Aldığı mükafatlar aşağıdakılardır:

  • Gürcüstanın fəxri vətəndaşı.
  • "Şərəf" ordeni (Gürcüstan)
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
  • "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021).
  • "Tatarıstan 1920–2020" yubiley medalı.

SON XƏBƏRLƏR

13 Sentyabr 2024