• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Absurd çağırışlar: Konqres ermənilərə hansı "təzminat"dan, "dəymiş ziyan"dan danışır?

SİYASƏT

28 Sentyabr 2024 | 13:25

Absurd çağırışlar: Konqres ermənilərə hansı təzminatdan, dəymiş ziyandan danışır?

"Qərb ermənilərlə bağlı absurd çağırışlar edir, hətta beynəlxalq hüququn prinsiplərini aşan təkliflər gündəmə gətirir".

Bunu Bakıvaxtı.az-a politoloq Turab Rzayev son günlər bəzi Qərb ölkələrinin, təşkilatların ermənilərin Qarabağa qayıtmasından, hətta daha da irəli gedərək onlara "dəymiş ziyandan" danışmasına, "təzminat", "konpensasiya" kimi sərsəm iddialar gündəmə gətirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ Konqresində Azərbaycanın maliyyə resurslarının dondurulmasının və bu vəsaitin Qarabağda ermənilərə "dəymiş ziyan" üçün sərf olunmasının gündəmə gətirilməsi kifayət qədər sərsəm yanaşmadır: 

"Əslində belə çağırışlar beynəlxalq hüquqa da ziddir. Dünyada bənzər addım sadəcə Ukrayna ilə müharibəyə görə Rusiyaya tətbiq olunub. Azərbaycan isə öz ərazisini erməni işğalçılarından təmizləyib, ərazisinin suverenliyini, bütövlüyünü bərpa edib. O baxımdan Konqresdə gündəmə gətirilmiş məsələni insanlıq əleyhinə cinayət kimi də dəyərləndirmək olar. Yəqin ki, Qərbdə ağlı başında olan rasional çevrələr, Ağ Ev, Pentaqon bu cür absurd çağırışların, daha doğrusu xülyaların reallaşmasına imkan verməyəcəklər". 

Turab Rzayev, politoloq

Politoloq bildirib ki, əslində Ermənistan işğalçılıq dövründə Azərbaycana böyük miqyasda maddi-mənəvi, ekoloji ziyan vurub: 

"Ermənilər torpaqlarımızı işğal etməklə yanaşı, şəhər və kəndlərimizi viran qoyub, tikililəri, tarixi abidələri yerlə-yeksan ediblər. Təbiəti, çayları, ekologiyanı korlayıblar, meşələri qırıblar, təbii resurslarımız - qızıl, gümüş və s. mədənlər mənimsənilib. İnfrastrukturumuza milyardlarla ziyan dəyib. İşğalın davam etdiyi 30 il ərzində Azərbaycana milyardlarla dollar zərər dəyib. Faktiki olaraq hərtərəfli çox böyük bir ziyandan söhbət gedir. Bütün bunlar da erməni işğalçılarının müharibə cinayətləri sayəsində baş verib. Təbii ki, buna qarşı hüquqi müstəvidə mübarizəmiz davam etməlidir. Ermənistan müharibə cinayətlərinə, işğalçılığa, maddi-mənəvi, ekoloji zərər görə təzminat ödəməlidir. Düzdür, indiki zamanda torpaq iddiasının nəticə verəcəyini düşünmürəm. Bunun üçün beynəlxalq siyasi konyuktura uyğun deyil. Amma burada nə etmək olar? Azərbaycan bu məsələni daim gündəmdə saxlamaqla İrəvana təzyiq vasitəsi kimi istifadə edə bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR