• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir

SİYASƏT

28 Sentyabr 2024 | 11:46

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçiriləcək.

Bu gün isə Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində keçirilir. İclasda açılış nitqi ilə Baş prokuroru Kamran Əliyev çıxış edib.


SON XƏBƏRLƏR