• Bakı 21° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Sumqayıtda restoran yanır - YENİLƏNİB

HADİSƏ

28 Sentyabr 2024 | 12:19

Sumqayıtda restoran yanır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğınla bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb".


***

12:08

Sumqayıt şəhərində restoranda yanğın başlayıb.

Bakıvaxtı.az "Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.


SON XƏBƏRLƏR