• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sumqayıtda BIÇAQLANMA: 53 yaşlı kişini... - YENİLƏNİB

HADİSƏ

28 Oktyabr 2024 | 09:18 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda BIÇAQLANMA: 53 yaşlı kişini... - YENİLƏNİB

Sumqayıtda 53 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    O, vurğulayıb ki, hadisə ilə bağlı araşdırma aparılır.

    Qeyd edək ki, oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

    ***

    08:59

    Sumqayıtda bıçaqlanma olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

    Belə ki, 1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı xəstəxanaya çatdırılıb.

    Fakt araşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR