• Bakı C

    11.74 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

Lənkəranda təcili yardım avtomobili qəzaya düşüb: 3 yaralı

HADİSƏ

27 Noyabr 2024 | 02:25

Lənkəranda təcili yardım avtomobili qəzaya düşüb: 3 yaralı

 Astaradan Lənkərana xəstə gətirən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Belə ki, təcili tibbi yardım avtomobili Lənkəran rayon, Şağlaküçə kənd sakini Şərifzadə Natiq Balakişi oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə təcili yardımda olan xəstə Astara rayon sakini, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədova, xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


SON XƏBƏRLƏR

26 Noyabr 2024