• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Matəm günü Türkiyə mediasında

HADİSƏ

26 Dekabr 2024 | 16:57 | Müəllif: Əli Hüseynov

Matəm günü Türkiyə mediasında

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması hadisəsi ölkə mediasında əlavə, dünya xəbər saytlarında da işıqlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, "TRT" Haber bu gün ölkəmizdə baş tutan matəm günü ilə bağlı yazı işıqlandırıb. Məlumatda baş verən hadisə ilə bağlı görüntülər oxuculara təqdim edilib, matəm gününün keçirilməsi ilə bağlı informasiya diqqətə çatdırılıb.

Anadolu Agentliyi də bu zəmində paylaşım edib. Xəbərdə Azərbaycan xalqının kədərli günündə türk xalqının həmrəyliyi vurğulanıb, matəm günü ilə bağlı fotoşəkillər paylaşılıb.

"Hürriyet" qəzeti də ölkəmizin kədərinə şərik olan türk media qurumları sırasındadır. KİV-in əməkdaşları hadisə başladığı andan indiyədək mütəmadi olaraq məlumatları yeniləyir, hadisə ilə bağlı dolğun bilgiləri oxucuları ilə bölüşür.

ƏIi Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026