• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

HADİSƏ

25 Yanvar 2025 | 12:30

Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Bu gün saat 00:05 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəx olduğu üçün ambulator müalicə üçün evə buraxılıb.

5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***
10:38
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov "Report"un Qərb bürosuna verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

"Magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Başvermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir."-deyə E.Qasımov qeyd edib.

***

09:37

Şəmkirdə baş verən ağır qəzada ölənlərin kimliyi məlum olub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, "NİVA"nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb.

    1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    ***

    09:31

    Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan "Niva" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.

    Qəza zamanı 5 nəfər ölüb.


    SON XƏBƏRLƏR

    04 Fevral 2025