• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AYNA: Qarlı havada 40-dan çox avtobus qəzalarda zədələnib

HADİSƏ

24 Fevral 2025 | 11:32

AYNA: Qarlı havada 40-dan çox avtobus qəzalarda zədələnib

Azərbaycanda qarlı və şaxtalı hava şəraitinin olması səbəbindən Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb: “Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik”.

Həmçinin bildirilib ki, ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşları mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR