• Bakı C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bakıda qəbiristanlıqda qəribə hadisə - VİDEO

HADİSƏ

25 Mart 2025 | 12:23

Bakıda qəbiristanlıqda qəribə hadisə - VİDEO

Bakıda bayramla əlaqədər qardaşının məzarını ziyarətə gedən vətəndaş həmin qəbirdə başqa şəxsin dəfn edildiyini görüb.

Bakıvaxtı.az Xəzər xəbərə istinadla bildirir ki, hadisə Suraxanı rayonu, Əmircan qəbiristanlığında baş verib. Şikayətçi Elxan Sultanov iddia edir ki, onun qardaşının başdaşı da qırılaraq atılıb.

O, qardaşının məzarında dəfn edilən şəxsin yaxınlarını da tapıb: “Onlar söz veriblər ki, nəşi çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilmədi”.

E.Sultanovun sözlərinə görə, həmin şəxslər ondan polisə də şikayət ediblər, onları narahat etdiyini iddia ediblər. 

Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxs bildirib ki, yeni dəfn edilən mərhumun qohumları ona yerin onlara məxsus olduğunu bildiriblər.

Qarşı tərəfdən isə bildirilib ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilənin atasından razılıq alıblar. E.Sultanov isə belə bir razılaşmanın olmadığını deyir.

Daha ətraflı sujetdə:

 


SON XƏBƏRLƏR

25 Mart 2025