• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Kürdəxanıda istixanada yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

HADİSƏ

24 Aprel 2025 | 11:54

Kürdəxanıda istixanada yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m olan istixana kompleksinin intizibati binası 560 kv.m. sahədə yanıb.

    İnzibati binanın böyük hissəsi və bitişik yerləşən istixanalar yanğından mühafizə olunub.

    ***

    11:31

    Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

      Əlavə məlumat veriləcək.

      ***

      10:10

      Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır.

      Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

      Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

       


      SON XƏBƏRLƏR

      23 Aprel 2025