• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Lerikdə mikroavtobus aşdı - ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

24 Aprel 2025 | 11:53

Lerikdə mikroavtobus aşdı - ölən və yaralananlar var - YENİLƏNİB

Aprelin 24-də saat 08 radələrində E.Qasımovun idarə etdiyi "Ford Transit" markalı avtomobil Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

    Araşdırma aparılır.

    ***

    11:05

    Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

    İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 


    SON XƏBƏRLƏR

    23 Aprel 2025