Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dənapa-ya verilən məlumata görə, 6-si kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfə əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.