Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb.
Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.
Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.