• Bakı 18° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Bəzi sahələrdə 15 yaşınadək uşaqlar əməyə cəlb edilə bilər

İQTİSADİYYAT

24 Aprel 2025 | 11:40

Bəzi sahələrdə 15 yaşınadək uşaqlar əməyə cəlb edilə bilər

Bəzi sahələrdə 15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən alt normalarla tənzimlənməli olan, yaxud da tənzimlənən normalar konstitusiyaya gətirilməməlidir:

“Məsələn, 17-ci maddəyə edilən dəyişiklik praktikada problem yaradır. Yəni həmin maddədə qeyd olunub ki, uşaqlarla 15 yaşına qədər əmək müqaviləsi bağlana bilməz. Amma uşaqların əməyə cəlb oluna biləcəyi, məsələn, idmanın bədii gimnastika, yaxud film çəkilişləri və digər sahələr. Lakin konstitusiya bunu qadağan edir. Bu, Əmək Məcəlləsinin predmetidir. Amma çoxlu misallar çəkmək olar”.


SON XƏBƏRLƏR