• Bakı 19° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Avropa çempionatı: Daha iki cüdoçumuz mübarizəyə başlayır

İDMAN

24 Aprel 2025 | 09:14

Avropa çempionatı: Daha iki cüdoçumuz mübarizəyə başlayır

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.

Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


SON XƏBƏRLƏR

23 Aprel 2025