• Bakı 18° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib

DÜNYA

24 Aprel 2025 | 13:03

Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV Böyük Britaniyanın sanksiya məsələləri üzrə naziri Stiven Dotiyə istinadən xəbər verir.

Məlumata görə, Rusiyaya Ukraynada cəbhə xəttində pilotsuz uçuş aparatlarını idarə etmək üçün istifadə olunan oyun konsollarının kontrollerlərinin ixracı qadağan edilib.

Bu gün səhər elan edilən və Rusiyaya qarşı 150 yeni ticarət sanksiyasını əhatə edən yeni tədbirlər paketində Britaniya həmçinin yeni neft-qaz quyularının axtarışı və işlənməsinə imkan verən proqram təminatı da daxil olmaqla, digər texnologiyaların ölkəyə girişini bağlayıb.

Bildirilib ki, yeni tədbirlər dərhal qüvvəyə minir və bu, Britaniya hökumətinin maliyyə sanksiyalarından daha çox ticarət sanksiyalarına böyük diqqət yetirdiyini əks etdirir.


SON XƏBƏRLƏR