Xəbər verdiyimiz kimi, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, qurumun baş katibi Elnarə Musayeva AZƏRTAC-a bildirib ki, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.
Elnarə Musayeva yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilərin olacağını söyləyib.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.