• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

"Turan" çempion oldu

İDMAN

19 Aprel 2026 | 18:45 | Müəllif: Subhan Mahmudov

"Turan" çempion oldu

Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, həlledici oyunda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan" komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.

Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan "Turan" komandası hissəni öz xeyrinə başa vurub: 25:23. Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.

Qeyd edək ki, Yüksək Liqanın bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası"na 3:0 (18:25, 21:25, 21:25) hesabı ilə qalib gələn "Gəncə" komandası olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026