• Bakı 17° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Mourinyodan “Real Madrid”ə ağır şərtlər

İDMAN

19 May 2026 | 01:00

Mourinyodan “Real Madrid”ə ağır şərtlər

"Real Madrid" klubuna keçmək üzrə olan portuqaliyalı baş məşqçi Joze Mourinyo rəhbərliyin qarşısına olduqca sərt və kəskin şərtlər qoyub.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya nəşri Madrid təmsilçisinin təcrübəli mütəxəssisin bütün istəklərini qəbul etdiyini bildirir.

​Məşhur baş məşqçinin "Real Madrid" rəhbərliyinə qəbul etdirdiyi həmin şərtlər aşağıdakılardır:

​Tam müstəqillik: Klub daxilində onun işinə və qərarlarına heç kim müdaxilə edə bilməyəcək.

​Mütləq toxunulmazlıq: Komanda daxilində qəbul etdiyi heç bir qərar rəhbərlik və ya digər rəsmilər tərəfindən sorğu-sual olunmayacaq.

​Tək hesabat yeri: Portuqaliyalı mütəxəssis klubda fəaliyyəti ilə bağlı yalnız və yalnız prezident Florentino Peresə hesabat verəcək.

​Sonsuz səlahiyyət: Transfer siyasətində və heyət planlamasında bütün idarəçilik və son söz hüququ tamamilə Joze Mourinyoya məxsus olacaq. (Offsideplus.az)


SON XƏBƏRLƏR

18 May 2026