• Bakı 17° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya

İDMAN

19 May 2026 | 00:10

Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya

PSJ-nin baş məşqçisi Luis Enrike "Paris" klubu ilə derbidəki məğlubiyyətlərlə bağlı verilən suala sərt reaksiya göstərərək mətbuat konfransını vaxtından əvvəl tərk edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, jurnalist ispan mütəxəssisə müraciət edərək, "Bu mövsüm "Paris"ə iki dəfə məğlub oldunuz, ona görə də..." - deyə sual verməyə çalışıb.

Lakin o, fikrini tamamlamağa macal tapmamış PSJ-nin baş məşqçisi dərhal onun sözünü kəsib: "Yenə, yenə, çox sağ olun!" Bu qısa və kəskin cavabdan sonra Luis Enrike mətbuat konfransının keçirildiyi zalı dərhal tərk edib.

Xatırladaq ki, Fransa çempionatının 34-cü turunun qarşılaşmasında PSJ "Paris"ə 1:2 hesabı ilə məğlub olub. Bundan əlavə, Fransa nəhəngi ölkə kubokunun 1/16 final mərhələsində də liqanın debütantına məğlub olmuşdu (0:1).

Qeyd edək ki, PSJ Liqa 1-də mövsümü 34 oyundan topladığı 76 xalla turnir cədvəlinin zirvəsində başa vurub. "Paris" isə mövsüm ərzində qazandığı 44 xalla çempionatı 11-ci pillədə yekunlaşdırıb.


SON XƏBƏRLƏR

18 May 2026