• Bakı 25° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Tramp: İrana sabah zərbə endirəcəkdik...

DÜNYA

18 May 2026 | 23:54

Tramp: İrana sabah zərbə endirəcəkdik...

Qətər Əmiri Təmim bin Həməd əs-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan məndən İran İslam Respublikasına qarşı sabah planlaşdırılan hərbi hücumumuzu təxirə salmağı xahiş etdilər.

Bakıvaxtı.az bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, hazırda ciddi danışıqlar aparılır və region liderlərinin fikrincə, saziş bağlanması məqbul variant olar:

"Yuxarıda adı çəkilən liderlərə hörmətimə əsaslanaraq, hərbi nazir Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sabah İrana planlaşdırılan hücumu təxirə salmağı, lakin məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə dərhal İrana tammiqyaslı, genişmiqyaslı hücum etməyə hazır olmalarını tapşırdım".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR