• Bakı 17° C

    2.7 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Milyarderlərin süni intellekt çəkişməsi bitdi - Mask uduzdu

DÜNYA

19 May 2026 | 00:21

Milyarderlərin süni intellekt çəkişməsi bitdi - Mask uduzdu

“SpaceX”in sahibi, milyarder İlon Maskla “OpenAI” rəhbəri Sem Altman arasındakı süni intellekt çəkişməsi işində məhkəmə son sözünü deyib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-də keçirilən federal məhkəmə İlon Maskın “OpenAI” şirkətinə qarşı qaldırdığı iddianı rədd edərək cavabdeh tərəfin xeyrinə qərar çıxarıb.

Oklend (Kaliforniya ştatı) Federal Məhkəməsinin münsiflər heyəti yekdilliklə qərara alıb ki, milyarder İlon Mask məhkəmə iddiasını qaldırmaqda çox gecikib və iddia müddətini ötürüb. Hakim İvon Qonsales Rocers də münsiflərin bu rəyini dərhal təsdiqləyərək Maskın bütün tələblərini ləğv edib.

Xatırladaq ki, aprelin 28-də başlayan və texnologiya dünyasının diqqətlə izlədiyi bu proses İlon Maskla “OpenAI”ın baş icraçı direktoru Sem Altmanı qarşı-qarşıya qoymuşdu. Belə ki, Mask şirkəti bəşəriyyətin rifahı üçün yaradılmış qeyri-kommersiya missiyasından uzaqlaşmaqda, investorları və insayderləri qanunsuz zənginləşdirməyə çalışmaqda ittiham edirdi. O, həmçinin layihəyə 100 milyard dollardan çox vəsait xərcələyən “Microsoft”un da bu gəlir hırsindən agah olduğunu iddia edirdi.

“OpenAI” isə əks-həmlə edərək Maskın əslində vaxtilə özünün bu layihədə kommersiya potensialı gördüyünü və sadəcə şirkət üzərində təkbaşına nəzarəti ələ keçirə bilmədiyi üçün bu addımı atdığını bildirmişdi.

Məhkəmənin bu qərarı hazırda 1 trilyon dollar dəyərində qiymətləndirilən və ilkin kütləvi səhm yerləşdirməsinə (IPO) hazırlaşan “OpenAI” üçün böyük hüquqi maneəni ortadan qaldırıb. Digər tərəfdən, İlon Maska məxsus və indi “SpaceX”in tərkibində olan “xAI” şirkəti də öz növbəsində miqyasına görə rəqibini geridə qoya biləcək fərqli bir IPO planlaşdırır./Qafqazinfo


SON XƏBƏRLƏR

18 May 2026