Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 11-ci sinif şagirdi vəfat edib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, kursant İslamov Məzahir bu gün səhər saatlarında dünyasını dəyişib.
Belə ki, kursantın ölümü ilə bağlı ilginc detal üzə çıxıb.
O, ötən ayın 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında naməlum şərait vəfat edən Əsəd İsmayıllı ilə yaxın dost olub.
İslamovun yaxınları qeyd edir ki, Məzahir Əsədin ölümündən çox təsirlənmişdi:
"Əsəd bizdən 1 yaş böyük idi. Akademiyada təhsil alırdı. Məzahirlə çox yaxın idilər. Ölümü onu çox sarsıtmışdı. Hər gün onunla bağlı paylaşımlar edirdi. Bizə tez-tez deyirdi ki, hiss edirəm, Əsədlə görüşəcəyəm. Elə də oldu. Hər ikisi də xatirəmizdə yaxşı kursant yoldaşı kimi qaldılar".
Murad İsmayıl
Bakı 




