• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Azərbaycanın bu klubunda BÖHRAN YAŞANIR?- YENİLƏNİB

İDMAN

19 May 2026 | 13:00

Azərbaycanın bu klubunda BÖHRAN YAŞANIR?- YENİLƏNİB

"Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanması məsələsinə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Gəncə təmsilçisinin mətbuat xidməti oxu.az-ın sorğusuna cavab verib.

Klubdan bildirilib ki, komandada ödənişlərlə bağlı hər hansı problem yoxdur:

"‘Kəpəz" klubunda əməkhaqları həmişə vaxtı-vaxtında ödənilir".

***

12:44

"Kəpəz" futbol klubunda maliyyə çətinlikləri yaşanır.

Bakıvaxtı.az Sport24.az-a istinadən xəbər verir ki, futbolçular maaş ödənişləri ilə bağlı problemlə üz-üzə qalıblar.

Hətta məvaciblərin gecikməsi səbəbindən narazılığını klub rəhbərliyinə bildirən oyunçuların olduğu da deyilir.

Bununla yanaşı, Gəncə təmsilçisində vəd olunan mükafat da hələlik verilməyib.

Qeyd edək ki, komanda 31-ci turda səfərdə "Sabah" üzərində 1:0 hesablı qələbə qazanaraq elitada qalmağı rəsmiləşdirmişdi. Həmin görüşdən sonra rəhbərlik tərəfindən futbolçulara mükafat veriləcəyi bildirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026