• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neft yoxdursa, pul da yoxdur"

DÜNYA

19 Aprel 2026 | 22:16 | Müəllif: Subhan Mahmudov

"Neft yoxdursa, pul da yoxdur"

Macarıstan AB-nin 90 milyard avroluq kredit yardımını blokdan çıxararsa, Ukrayna bazar ertəsi günü "Drujba" boru kəməri ilə neft tədarükünü bərpa etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Budapeşt Brüssel vasitəsilə Ukrayna tərəfinin müvafiq mesajını alıb.

“Yalnız enerji təchizatı sabitləşərsə, Ukraynaya maliyyə yardımı ilə bağlı güzəştlərə getməyə hazırıq. Macarıstanın mövqeyi dəyişməyib: neft yoxdursa, pul da yoxdur. Neft tədarükü bərpa olunan kimi, biz artıq kreditin təsdiqlənməsinə qarşı çıxmayacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026