q
  • Bakı 16° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO

CƏMİYYƏT

19 Aprel 2026 | 12:43

Dövlət qulluqçuları üçün təlimlər keçirilib - FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 – 17 aprel 2026-cı il tarixlərində Zaqatala, Balakən, Qax rayonlarında və Şəki şəhərində qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, ”Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

    Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib.


    SON XƏBƏRLƏR

    18 Aprel 2026