• Bakı 23° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Bu sahədə yeni dövlət standartları qəbul edildi

CƏMİYYƏT

19 May 2026 | 10:42

Bu sahədə yeni dövlət standartları qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil avadanlıqlarının standartlaşdırılması istiqamətində yeni dövlət standartları qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barərə AZSTAND məlumat yayıb.

Qeyd olunub ki, yeni dövlət standartları tekstil avadanlıqlarına dair potensial risklərin müəyyənləşdirilməsi və qarşısının alınması ilə bağlı təhlükəsizlik tələbləri və qaydalarını müəyyən edir.

Bu dövlət standartlarının qəbul edilməsində əsas məqsəd tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risk səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin müvafiq beynəlxalq standart və tələblərə uyğunluğu təmin etməkdən ibarətdir.

Sözügedən standart layihələri AZSTAND tərəfindən təsis edilən “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026