• Bakı 23° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Özcan Denizə 1 gecədə 5 milyon ÖDƏDİ

ŞOU

19 Aprel 2026 | 17:05

Özcan Denizə 1 gecədə 5 milyon ÖDƏDİ

Sosyetənin məşhur simalarından Çiğdem Sabancı 56 yaşını Kapadokyada möhtəşəm və dəbdəbəli şəkildə qeyd edib.

Bakıvaxtı.az xəbər verir ki, ötən həftəsonu keçirilən bu xüsusi tədbir üç gün davam edib. Sabancı, təxminən 30-a yaxın dostunu dəvət etdiyi doğum günü üçün Kapadokyada yerləşən butik otellərdən birini tam şəkildə bağlatdırıb.

Qonaqlar üçün hazırlanmış proqram, lüks atmosfer və eksklüziv xidmətlər tədbiri sosial dairələrdə ən çox danışılan məclislərdən birinə çevirib. Gecənin ən diqqətçəkən məqamı isə məşhur sənətçi Özcan Denizin səhnə alması olub.

Xüsusilə Sabancının doğum günü üçün çıxış edən ifaçının bu performans qarşılığında təxminən 5 milyon lirə (təxminən 189489 manat) qonorar aldığı bildirilir. /Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026