q
  • Bakı 13° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığı müzakirə olundu

CƏMİYYƏT

19 Aprel 2026 | 21:18

ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığı müzakirə olundu

ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının təqdim etdiyi imkanların həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata əsasən, müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq "AmCham Azerbaijan" şirkətinin təşkil etdiyi işgüzar naharda iştirak ediblər.

Paylaşımda bildirilib ki, görüş zamanı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialından səmərəli istifadə olunması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

18 Aprel 2026