Lənkəranda evi ildırım vurub.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Viyən kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Şahan Hüseynova məxsus 2 mərtəbəli, dörd otaqlı evə ildırım düşəndən sonra yanğın başlayıb.
Yanğının qarşısı alınıb. Sakinlər deyib ki, ildırım əvvəl həyətdə olan dirəyi vurub, dirəyə bağlanan naqil vasitəsilə evə keçib.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ev sahibinin Rusiyada yaşadığı bildirilir.