• Bakı 18° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb

DÜNYA

24 Aprel 2025 | 12:53

İstanbulda ümumilikdə 266 afterşok qeydə alınıb

İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ə səhərə qədər 266 afterşok qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat verib.

"Bu gün saat 09:00-a qədər 266 afterşok qeydə alınıb - onlardan 258-i 0-dan 4-ə qədər maqnitudada, yeddisi 4-dən 5-ə qədər maqnitudada, biri isə 5-dən yuxarı maqnitudada olub", - məlumatda deyilir.

Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.


SON XƏBƏRLƏR