• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

"Betis" Bartra ilə müqaviləni uzatdı

İDMAN

24 Aprel 2025 | 10:56

Betis Bartra ilə müqaviləni uzatdı

İspaniyanın "Betis" klubu müdafiəçisi Mark Bartra ilə müqaviləni yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı ispaniyalı futbolçunun yeni müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu mövsüm komandasının heyətində 29 matça çıxan M.Bartra üç qol vurub, iki dəfə sarı vərəqə ilə cəzalanıb. "Betis" İspaniya La Liqasında 32 turdan sonra 51 xalla altıncı pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

23 Aprel 2025