• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Türkiyədə afterşoklar nə qədər davam edəcək?

DÜNYA

23 Aprel 2025 | 22:31

Türkiyədə afterşoklar nə qədər davam edəcək?

Türkiyə Respublikasında Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Bu barədə Bakıvaxtı.az-a seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hazırda AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir.


SON XƏBƏRLƏR

23 Aprel 2025