Dördüncü sinif şagirdinə şirniyyat verib oğurlamaq istəyiblər.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
10 yaşlı məktəblinin babası Yusif Babazadə deyir ki, hadisə nəvəsinin məktəbdən çıxdığı vaxt baş verib:
"Uşaq tək olub. Məktəbdən çıxıb evə gedəndə saqqallı bir kişi əvvəlcə ona konfet təklif edib. Ancaq nəvəm götürməyib. Sonra isə uşağın qolundan yapışıb aparıb. Bir kişi ilə qadın nəvəmi onun əlindən alıb yanıma gətirdi".
Babanın sözlərinə görə, nəvəsinin başına gələn hadisə ilə bağlı 275 nömrəli tam orta məktəb, həmçinin Polis İdarəsi məlumatlandırılıb.
Daxili İşlər Nazirliyi (DİN) isə yayılan söz-söhbətlə bağlı faktı təsdiqləməyib:
"Uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Polis orqanlarına bu barədə hər hansı məlumat daxil olmayıb. İddialar araşdırılıb. Qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb".
Ətraflı Baku TV-nin süjetində: