• Bakı 16° C

    3.34 m/s

"Yuventus" Ukrayna klubunun futbolçusu üçün danışıqlara başladı

İDMAN

24 Aprel 2025 | 14:34

"Yuventus" Ukrayna klubunun futbolçusu üçün danışıqlara başladı

İtaliyanın "Yuventus" klubu "Şaxtyor"un (Ukrayna) yarımmüdafiəçisi Georgi Sudakovun transferi ilə bağlı danışıqlara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Ben Ceykobs bildirib.

Turin klubu "Şaxtyor"a rəsmi təklif göndərib. Futbolçu ilə həmçinin "Napoli" (İtaliya) və "Brentford" (İngiltərə) klubları da maraqlanır.

Qeyd edək ki, "Transfermarkt" portalı Ukrayna millisinin 22 yaşlı oyunçusunun dəyərini 32 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026