Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində istixanalarda baş verən yanğın haqqında FHN-in 112 qaynar xərttinə 09:34 radələrində məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.
T. Babayev qeyd edib ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğının məhdudlaşdırılması və söndürülməsinə nail olunub:
"Hazırda xırda közlərin söndürülməsi işləri həyata keçirilir. Yanğın zamanı ümümi sahəsi 2000 kvadratmetr olan istixananın 1400 kv.m hissəsi yanğından mühafizə olunub. Yanğının digər istixanalar keçməsinin qarşısı alınıb".