• Bakı 18° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Azərbaycan-Çin əlaqələri: İqtisadi layihələrdən hər iki ölkə qazanacaq

İQTİSADİYYAT

24 Aprel 2025 | 11:22

Azərbaycan-Çin əlaqələri: İqtisadi layihələrdən hər iki ölkə qazanacaq

Xəbər verdiyimiz kimi, aprelin 23-də Pekində Azərbaycan prezidenti İlham Əliyevin Çin sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

Görüş zamanı bir çox məsələlərin müzakirə olunması ilə yanaşı, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyi bildirilib.

Azərbaycan və Çinin yaxınlaşması region və bütünlükdə ölkəmizə nələr verəcək?

Mövzu ilə bağlı Azərbaycan Yəhudi media mərkəzinin politoloqu Rüstəm Tağızadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ölkə başçısı İlham Əliyevin Çinə səfəri olduqca mütərəqqi bir addımdır.

Politoloqun fikrincə, bu səfər XXI əsrin orta dəhlizlər dövrü olduğunu sübut edir. Bu dövrdə Azərbaycanın strateji və geosiyasi rolu artacaq. Onun sözlərinə görə, Çin üçün ən vacib məsələ Tayvanın müstəqilliyinin olmaması və tək hərəkət etməməsidir. Azərbaycan bu mövzuda rəsmi səviyyədə Çinə dəstək verib və Tayvanı Çinin tərkib hissəsi kimi tanıyıb.

“Geniş tərkibli görüşdə də Tayvan məsələsi qeyd olunub. Eyni zamanda görüşdə 20-ə yaxın sənəd imzalanıb və iqtisadi layihələrin icrası ilə bağlı işlərin başlanması nəzərdə tutulub. Təəssüf ki, indiki halda Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açıq deyil. Bundan sonrakı dönəmdə kommunikasiya xətlərinin açılması istiqamətində danışıqlar daha da sürətlənə bilər. Çünki ölkəmizdən keçən kommunikasiya xəttləri Ermənistan ərazisindən keçərək Avropaya uzanmalıdır. Bu "İpək Yolu"nun üzərində yerləşən Azərbaycan üçün əhəmiyyət kəsb edir".

Rüstəm Tağızadə: Çin ilə əməkdaşlıq strateji hesab oluna bilər və müsbət haldır

R.Tağızadə onu da qeyd edib ki, Çin ümumilikdə dünyada iqtisadi gücü artan bir dövlətdir. Bu, son 5-10 ilin nəticəsi deyil.

"Çin 2000-ci ilin əvvəllərindən etibarən artan iqtisadi gücə malik olub. Bu iqtisadi güc özü ilə bərabər siyasi gücü də ortaya qoyub. Buna görə də Çin ilə əməkdaşlıq strateji hesab oluna bilər və müsbət haldır. Gələcək üçün nəzərdə tutulan iqtisadi layihələrdən hər iki ölkənin qazanacağı şübhə doğurmur", - deyə Rüstəm Tağızadə vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR