• Bakı 17° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Dəhşətli yol qəzası - 11 ölü

DÜNYA

24 Aprel 2025 | 09:09

Dəhşətli yol qəzası - 11 ölü

Meksikanın şimalındakı Çixuaxua ştatında baş verən ağır yol qəzası nəticəsində azı 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bakıvaxtı.az bu barədə yerli “Milenio” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, qəza Quaçoçi-Yokivo avtomobil yolunun 27-ci kilometrliyində baş verib. İki avtomobilin toqquşması nəticəsində üç aylıq və dörd yaşlı uşaq olmaqla 11 nəfər ölüb, daha 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səlahiyyətlilərin məlumatına görə, yük avtomobilin sürücüsü hadisə yerindən qaçıb, daha sonra isə silahlı şəxslər yük maşınını götürmək üçün hadisə yerinə gəliblər. Hazırda qəzanın səbəbkarının axtarışı davam etdirilir.


SON XƏBƏRLƏR

23 Aprel 2025