Hindistan Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktından sonra Hind Suları Müqaviləsini dayandırdığını elan edib.
Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, bu müqavilə 1960-cı ildə imzalanıb.
Xarici işlər naziri Vikram Misri Pakistanın Yeni Dehlidəki səfirliyindəki hərbi attaşelərin “arzuolunmaz şəxs” elan edildiyini və ölkəni tərk etmələri üçün bir həftə vaxt verildiyini bildirib.
Misri həmçinin Wagah-Attari sərhəd keçidinin bağlandığını və SAARC viza imtiyazı ilə Hindistana gələn Pakistan vətəndaşlarına ölkəni 48 saat ərzində tərk etmələri göstərişi verildiyini qeyd edib.
Nuriyyə Musayeva