• Bakı 18° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri görüşə bilər

DÜNYA

24 Aprel 2025 | 13:50

Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri görüşə bilər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff ilə mümkün görüş barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, Narışkin amerikalı həmkarı ilə telefon danışığının olduğunu söyləyib.

    "Bizim həmkarımızla, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə telefon danışığımız oldu. Çox konstruktiv söhbət oldu. Ona görə də bir müddət ərzində görüşün baş tutacağını istisna etmirəm", - SVR rəhbəri vurğulayıb.


    SON XƏBƏRLƏR