Çin hökuməti ABŞ-nin təyyarə istehsalçısı Boeing-dən aldığı bəzi sərnişin təyyarələrinin geri qaytarılması qərarını açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Boeing şirkətinin baş direktoru (CEO) Kelli Ortberq bildirib ki, Çinli hava yollarına təhvil verilməsi planlaşdırılan iki təyyarə artıq geri qaytarılıb, üçüncü təyyarənin də qısa müddət ərzində ABŞ-a göndərilməsi gözlənilir. Onun sözlərinə görə, bu il Çinə göndərilməsi nəzərdə tutulan ümumilikdə 50 təyyarənin təhvil verilməsi ləğv edilə bilər.
Ortberq əlavə edib ki, Çinli müştərilər təyyarələrin təslim alınmasında tərəddüd edirlər və bu vəziyyət ABŞ ilə Çin arasında artan ticarət gərginliyi və tariflərlə bağlıdır.
Nuriyyə Musayeva